Layihə və tədbirlər
05/03/2023
IT Brains Academy və Azərbaycan Texniki Universiteti Sabah qruplarının əməkdaşlığı ilə ödənişsiz “IT sahəsində qadınlar” layihəsi baş tutdu. 3 aylıq təlim proqramına 9 universitetdən 399 xanım tələbə müraciət etmişdir. Onlar 5 istiqamət üzrə Front-End proqramlaşdırma, Back-End proqramlaşdırma, Qrafik dizayn, Rəqəmsal Marketinq, Helpdesk təlimlərində iştirak etmişdir. Sonda isə imtahandan yüksək nəticə əldə edən tələbələr sertifikatla təltif edildilər.