Yüksək təhsil sistemi

Operativ işləyən komandaya sahib olan  IT Brains Academy-də dərslər əyani və onlayn formada tədris olunur. Müəllim heyətimiz öz sahələrini mükəmməl şəkildə bilməklə yanaşı, öz biliklərini tələbələrimizə anlaşıqlı dildə və yüksək səviyyədə öyrədirlər. Çünki IT Brains Academy olaraq biz müəllimlərimizi təyin edərkən onların ixtisas bilikləri ilə yanaşı, pedoqoji bacarıqlarına da üstünlük veririk.

Mentorlu təhsil

Bir mövzu öyrənərkən bəzən nəzəriyyə bilmək kifayət etmir və mütləq öyrəndiyin nəzəriyyəni praktik formada tətbiq etmək lazım olur. Ona görə də biz tədris sahələrimiz üzrə mentorlar təyin edirik. Mentorlarımız tələbələrimizin dərslərinə dəstək olur, onların tapşırıqlarının yerinə yetirilməsində, yoxlanılmasında daim kömək edir və tələbələrimizdə yaranan sualları cavablandıraraq aradan qaldırır. Günümüzdə mentorlu təhsil çox önəm kəsb edir ki, burada artıq bir tələbə ilə iki müəllim çalışmış olur və bu da onların inkişafında mühüm rol oynayır.

Təhsildə zəmanət sistemi

IT Brains Academy olaraq tələbələrimizə yenidən təmənnasız olaraq dərslərimizdə iştirak etmə şansı yaradırıq. Tədris müddətinin sonunda tələbə final layihəyə özünü hazır hiss etmədiyi təqdirdə, təhsildə zəmanət sistemimizdən yararlana bilirlər. Bu sistemdən faydalanmaq üçün tələbənin tədris müddətində davamiyyəti 90%-dən aşağı olmamalıdır.

Beynəlxalq sertifikasiya

Əsas missiyamızdan biri də, tələbələrimizin kursu davam etdirdiyi müddətdə təhsil aldığı istiqamət üzrə beynəlxalq sertifikat qazanmalarıdır. Biz tələbələrimizi Microsoft, Cisco, CompTIA və s. kimi nəhəng şirkətlərin imtahanlarına hazırlaşdıraraq onların beynəlxalq sertifikatlı mütəxəssis olmalarına zəmanət veririk.

Karyera dəstəyi

IT Brains Academy olaraq tələbələrimizin IT sahəsində biliklərini təkmilləşdirməklə yanaşı, onlara gələcəkdəki peşəkar karyeralarına dəstək olmaq məqsədilə tələbələrimizin təcrübə proqramlarında iştirakını təşviq edirik. Belə ki, əməkdaşlıq etdiyimiz müəssisələrdə tələbələrimizin portfoliolarına əsasən təcrübəyə yönləndirmə, aktiv vakansiyalardan ibarət qruplarda vakant yerlər barədə tələbələri məlumatlandırma istiqamətində işlər həyata keçiririk. Həmçinin mütəxəssislərimiz tərəfindən ilkin olaraq bütün tələbələrimiz üçün peşəkar şəkildə CV-nin hazırlanmasına , işə qəbul ilə bağlı motivasiya məktubunun yazılmasına və professional LinkedIn hesablarının açılmasına təmənnasız şəkildə dəstək göstəririk.