Haqqımızda

IT Brains Academy-nin ali məqsədi gənclərə və həvəsi olan hər kəsə karyera qurmaq və iş imkanları yaratmaqdır. Operativ işləyən komandaya sahib olan IT Brains Academy bu günə qədər minlərlə tələbəyə həm əyani, həm də onlayn formada öz töhfəsini vermişdir. Eləcə də, biz sizi Microsoft, Cisco, CompTIA, Adobe və s. kimi nəhəng şirkətlərin imtahanlarına hazırlaşdıraraq beynəlxalq sertifikatlı mütəxəssis olmağınıza zəmanət veririk. IT Brains Academy həmçinin böyük məqalə və videodərs bazasıdır. Belə ki, burada öyrənmək istədiyiniz sahələrə uyğun siz öz müəllim heyətimizin hazırladığı materiallar və videodərslərlə təmin edilirsiniz. Tədris və sistemimizin keyfiyyətini artırmaq məqsədilə IT Brains Academy daim sizin təklif və iradlarınıza məmnuniyyətlə cavab verməyə hazırdır.

Missiyamız

Ölkədə gənclərə IT sahəsi üzrə biliklər qazandırıb biliklərini praktiki olaraq tətbiq etməkdə eləcə də, IT sahəsi üzrə təhsil verdiyimiz gənclərə beynəlxalq sertifikatlar qazandırmaqda dəstək olmaqdır.

Vizyonumuz

Biz yüksək dərəcədə dürüstlük, sağlam idarəetmə sistemi, peşəkar işçi komandası və müasir tədris metodları ilə ölkədə IT sahəsi üzrə qabaqcıl müəssisə kimi tanınmaq və daima inkişaf etmək niyyətindəyik.