Haqqımızda

IT Brains Academy gənclərə və İT sahəsinə həvəsi olan hər kəsə uğurlu karyera qurmaqda dəstək olur.

Haqqımızda

Vizyonumuz

Bölgənin ən aparıcı İT akademiyası olmaq və gənclərə beynəlxalq standartlarda təhsil verməkdir..

01
02

Missiyamız

Yüksək ixtisaslı kadrlar yetişdirərək əmək bazarının tələbatını ödəyəcək peşəkarlar hazırlamaqdır.

FAQ

Tez-tez verilən suallar bölməsində ən çox maraq doğuran mövzulara cavab tapa bilərsiniz.

01

Korporativ təlimlər təşkil olunurmu?

Bəli. IT Brains Academy şirkət və təşkilatlar üçün əməkdaşların texniki və peşəkar bacarıqlarının inkişafına yönəlmiş korporativ təlim proqramları da təqdim edir. Təlimlər təşkilatın ehtiyaclarına uyğun şəkildə formalaşdırıla bilər.
02

Kurslara qoşulmaq üçün əvvəlcədən IT biliyinə sahib olmaq lazımdır?

IT biliyinə sahib olmaq lazım olmasa da, müəyyən qədər baza biliklərinin olması arzuolunandır. Tədris sillabusumuza uyğun olaraq tədrisə başlanğıc səviyyədən başlanılır. Qeydiyyatdan əvvəl bilik və məqsədlərinizə uyğun istiqamətin müəyyənləşdirilməsi üçün məsləhət almağınız tövsiyə olunur.
03

Real layihələr üzərində işləmək imkanı varmı?

Bəli. Tədris prosesində praktiki tapşırıqlar və real layihələr vasitəsilə əldə olunan biliklərin tətbiqinə xüsusi diqqət yetirilir. Proqramdan asılı olaraq tələbələr kursun sonunda final layihəsi də təqdim edə bilərlər.
04

Kursu uğurla başa vurduqdan sonra sertifikat və ya diplom verilir?

Tədris proqramını uğurla başa vuran tələbələrə təhsil müddətində nümayiş etdirdikləri bilik və bacarıqlar, həmçinin kursun sonunda final layihəsinin təqdim edilməsi və ya imtahanın uğurla tamamlanması əsasında 4 diplom dərəcəsindən biri təltif olunur.
05

Kursa başlamazdan əvvəl demo dərsdə iştirak edə bilərəm?

Bəli. Əvvəlcədən koordinator ilə əlaqə saxlayıb görüş təyin etməklə uyğun proqram üzrə demo dərsdə ödənişsiz iştirak etmək mümkündür.
06

Özüm üçün hansı IT istiqamətinin uyğun olduğunu necə müəyyən edə bilərəm?

İstiqamət seçərkən mövcud bilikləriniz, maraq dairəniz, karyera məqsədləriniz və öyrənmək istədiyiniz texnologiyalar nəzərə alınmalıdır. IT Brains Academy-də tam ödənişsiz şəkildə konsultasiyada iştirak edərək məqsədlərinizə uyğun istiqamətin seçilməsində dəstək ala bilərsiniz.
07

Tələbələr üçün müəllim və mentor dəstəyi göstərilirmi?

Bəli. Tədris prosesi zamanı tələbələrə mövzuların mənimsənilməsi, praktiki tapşırıqların yerinə yetirilməsi və layihələrin hazırlanması istiqamətində müəllimdən əlavə olaraq mentor dərsləri də mövcuddur.
08

Tədris hansı formatda keçirilir?

Tədris proqramından asılı olaraq dərslər əyani və onlayn formatda təşkil olunur. Müvafiq kurs üzrə mövcud format haqqında qeydiyyat zamanı ətraflı məlumat əldə edə bilərsiniz.

Partnyorlarımız

Partner
Partner
Partner
Partner
Partner
Partner
Partner
Partner
Partner
Partner
Partner
Partner